Avstraliyada marketdən alınan kahı paketinin içindən qurbağa çıxıb.
Qarabaginfo.az xəbər verir ki, hadisə Kuinslənd şəhərində yaşanıb.
Şəhərdəki marketlərin birindən paketlənmiş kahı alan 49 yaşlı Culia qorxulu anlar yaşayıb.
Bu barədə özünün “Facebook” hesabında yazan Culia kahının bir hissəsini istifadə etdiyini, qalan hissəsini isə soyuducuya qoyduğunu qeyd edib. Səhər soyuducunu açdıqda isə “bir cüt göz” onu qarşılayıb.
“Dəhşətli anlar yaşadım. Kabus kimi idi”, – deyə Culia vurğulayıb.(Yenicag.az)