Ana Sayfa > Karusel / Gündəm > DTX-dan ABŞ-ın ölkəmizlə bağlı çağırışına CAVAB 

DTX-dan ABŞ-ın ölkəmizlə bağlı çağırışına CAVAB 


19-05-2021, 13:40. Yazar: Admin

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ABŞ-ın Dövlət Səyahət Departamentinin öz vətəndaşlarına ölkəmizlə bağlı çağırışına cavab verib.

 

Qarabaginfo.az-ın məlumatına görə, DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılır:

 

“Qeyd olunan məsələ nəzarətimizdədir və müvafiq araşdırmalar aparılır”.

 

Qeyd edək ki, ABŞ-ın Dövlət Səyahət Departamenti Azərbaycan və Ermənistana COVİD-19 və terrorizm səbəbindən getməməyə çağırıb. 

Məlumatda “Azərbaycan-İran sərhədinə lazımsız səyahətlərdən çəkinin” çağırışı da yer alıb. 2020-ci ilin payızında Dağlıq Qarabağ və ətraf ərazilərdə baş verən intensiv döyüşlərdən sonra ərazi yüksək riskli bölgə olaraq təsvir edilib.

 


Geri dön