Ana Sayfa > Karusel / Gündəm > Ermənistan Azərbaycanla sərhəddə əlavə hərbi hissələr yerləşdirdi

Ermənistan Azərbaycanla sərhəddə əlavə hərbi hissələr yerləşdirdi


19-05-2021, 11:52. Yazar: Admin
title

"Ermənistan-Azərbaycan sərhədinindəki vəziyyət ciddi şəkildə dəyişməyib, Ermənistan Silahlı Qüvvələri orada əlavə hissələr yerləşdirib".

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

Xatırladaq ki, Sünik vilayətinin keçmiş başçısı, “Dirçələn Ermənistan” Partiyasının lideri Vaqe Akobyan Qaragöllə bağlı danışıqların nəticəsi haqda erməni mediasına açıqlama verib.

 

Onun sözlərinə görə, danışıqların nəticəsində Qaragölə bitişik ərazidə bərabər qüvvələrin qalması barədə razılıq əldə edilib.

“Azərbaycanlıların dörd mövqeyi, Ermənistan tərəfinin də dörd mövqeyi olacaq.

Yeri gəlmişkən, bu gün mövcud olan yaxşı və ya pis hər şey və bu razılaşma Rüstəm Muradovun səyləri ilə əldə edildi.

Belə çıxır ki, onlar (Azərbaycan Ordusu – red.) nəinki buradan çıxmadılar, əksinə, onlarda artıq postlar və əsgərlər də olacaq!”

Partiya rəhbəri bu razılaşmanı Ermənistan tarixi üçün “növbəti və biabırçı razılaşma” adlandırıb.

Qeyd edək ki, razılaşma ilə bağlı rəsmi açıqlama yoxdur.(Qazet.az)


Geri dön