Ana Sayfa > Karusel / Siyasət > Ceyhun Bayramovla Türk Şurasının baş katibi arasında telefon danışığı olub
Ceyhun Bayramovla Türk Şurasının baş katibi arasında telefon danışığı olub18-05-2021, 20:46. Yazar: Admin |
Xarici işlər naziri Ceyhun Bayramovla Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi (Türk Şurası) Bağdad Amreyev arasında telefon danışığı olub. Bu barədə Qarabaginfo.az-a XİN-dən məlumat verilib. Tərəflər Azərbaycanın Türk Şurası ilə əməkdaşlığı məsələləri, o cümlədən təşkilatın qarşıdan gələn görüş və tədbirləri üzrə fikir mübadiləsi aparıblar. Türk Şurasına üzv ölkələrin bu ilin payızında keçiriləcək Zirvə görüşünə hazırlıq məqsədilə keçiriləcək görüşlər, o cümlədən yüksək səviyyəli nümayəndələr komitəsinin toplantısı və xarici işlər nazirlərinin görüşü müzakirə olunub. Tərəflər, həmçinin təşkilatın gələcək inkişafı məsələləri ətrafında müzakirələr aparıblar. Geri dön |