Ana Sayfa > Karusel / Qarabağ > Sülhməramlılar 80 ermənini Amarasa apardı

Sülhməramlılar 80 ermənini Amarasa apardı


17-05-2021, 23:18. Yazar: Admin

"Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının icrası çərçivəsində, Rusiya sülhməramlıları Dağlıq Qarabağda dinc həyatın bərpasına kömək göstərməyə davam edirlər".

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

 

Bildirilib ki, Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları 80 erməni zəvvardan ibarət başqa bir qrupun Amaras xristian monastırına ziyarətin təhlükəsizliyini təmin ediblər.

 

"Bu adamlar buraya Stepanakert (Xankəndi - red.) şəhərindən və monastıra bitişik qəsəbə və kəndlərdən gəliblər.

Atəşkəs razılaşmasının imzalanması nəticəsində, döyüş əməliyyatları bitdikdən sonra ilk orta əsr Amaras monastırı sərhəd xəttinin yaxınlığında idi. Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin hərbi qulluqçuları bu ziyarətgahı ziyarət etmək istəyən zəvvarların təhlükəsizliyini mütəmadi təmin edirlər" - açıqlamada qeyd olunub.

 

Qeyd edək ki, qədim Alban mədədi olan Amaras Xocavənd rayonu ərazisində yerləşir. (modern.az)


Geri dön