Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Gürcüstanın DİN rəhbəri Dmanisidəki qarşıdurmadan danışdı
Ana Sayfa > Karusel / Region > Gürcüstanın DİN rəhbəri Dmanisidəki qarşıdurmadan danışdı

Gürcüstanın DİN rəhbəri Dmanisidəki qarşıdurmadan danışdı


17-05-2021, 22:22. Yazar: Admin

 

Gürcüstanın DİN rəhbəri Dmanisidəki qarşıdurmadan danışdı
Vaxtanq Qomelauri

“Dmanisi rayonunda baş vermiş qarşıdurma ilə bağlı hələ heç kim həbs olunmayıb”.

Qarabaginfo.az Report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, qarşıdurmada iştirak edən bir neçə şəxs hazırda polis bölməsində saxlanılır və onlar dindiriləndən sonra sərbəst buraxılacaqlar: “İnsidentlə bağlı istintaq davam etdirilir”.

DİN başçısı qeyd edib ki, tərəflər arasında mübahisə başa çatıb və barışıq əldə olunub.

V.Qomelauri əlavə polis qüvvələrinin bu gecə ərzində Dmanisidə qalacaqlarını bildirib.


Geri dön