Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Samuxda gənci ildırım vuraraq öldürüb
Ana Sayfa > Karusel / Sosial > Samuxda gənci ildırım vuraraq öldürüb

Samuxda gənci ildırım vuraraq öldürüb


17-05-2021, 22:19. Yazar: Admin

 

#

Samuxda bədbəxt hadisə baş verib.

Qarabaginfo.az xəbər verir ki, hadisə rayonun Hacalı kəndində qeydə alınıb.
Kənd sakini, 2003-cü il təvəllüdlü Sənan Zaur oğlu Həsənov təsərrüfatda mal-qara otaran zaman onu ildırım vurub. 18 yaşlı gənc həmin an ölüb.

İlkin məlumata görə, örüşdə qoyun otaran 3 nəfər olub. İldırım onların yaxınlığına düşdüyündən zərbədən hamısı müvazinətini itirərək yıxılıb. Digər 2 nəfər bir neçə dəqiqədən sonra ayağa qalxıb.

İldırımın çaxdığı məqamda S.Həsənovun telefonla danışdığı bildirilib.

Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır. (APA)


Geri dön