Ana Sayfa > Karusel / Dünya > Dünyada iki həftədir koronavirusa yoluxma azalır
Dünyada iki həftədir koronavirusa yoluxma azalır17-05-2021, 19:38. Yazar: Admin |
Tedros Adhanom Gebreyesus
Dünyada son iki həftə ərzində COVID-19 virusuna yoluxmalarda və ölüm sayında azalma qeydə alınır. Qarabaginfo.az xəbər verir ki, bu barədə brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus bildirib. Bununla belə, təşkilat rəhbəri bir sıra ölkələrdəki vəziyyətin hələ də narahatlıq doğurduğunu, pandemiyanın başa çatmasından söhbət getmədiyini dilə gətirib. ÜST rəhbəri həmçinin, dərman istehsalçısı olan şirkətləri Hindistanın ixracı dayandırması səbəbindən yaranan boşluğu doldurmaq üçün əvvəllər nəzərdə tutulandan daha çox vaksin istehsal edib bazara çıxarmağa çağırıb. O, G7 ölkələrini də may ayının sonunadək 140 milyon doza vaksin tədarükünü təmin etmək üçün təcili tədbirlər görməyə çağırıb. Geri dön |