Ana Sayfa > Karusel / Cəmiyyət > TƏBİB: Məqsədə nail olmaq üçün səhiyyə sistemini tam əhatə edən dəyişikliklər həyata keçirilməlidir
TƏBİB: Məqsədə nail olmaq üçün səhiyyə sistemini tam əhatə edən dəyişikliklər həyata keçirilməlidir17-05-2021, 17:45. Yazar: Admin |
"Tibbi sığortanın tətbiqindən sonra xidmət keyfiyyətinin yaxşılaşdırılması və ona vətəndaş əlçatanlığının təmin edilməsi kadrların peşəkarlığı və mövcud səhiyyə sisteminin yeni sistemə transformasiyasından bilavasitə asılıdır. Qeyd edilən məqsədə nail olmaq üçün səhiyyə sistemini tam əhatə edən dəyişikliklər həyata keçirilməlidir. Bu istiqamətdə TƏBİB-in nümayəndələri beynəlxalq ekspertlərlə birlikdə mütəmadi müzakirələr və təhlillər aparır, səhiyyə sisteminin transformasiyası proqramı üzərində çalışırlar". Qarabaginfo.az xəbər verir ki. bu barədə TƏBİB-in yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, TƏBİB fəaliyyətə başladığı 2020-ci ilin əvvəlində məhdud sayda kadr resursları ilə əsas gücünü qlobal pandemiya ilə mübarizəyə yönəldib: "Bir ildən artıq qısa müddət ərzində dövlətimizin birbaşa dəstəyi ilə Vətən müharibəsində yaralanmış döyüşçülərimizin, eləcə də “COVİD-19” xəstəliyinə yoluxmuş şəxslərin müalicəsində yaxından iştirak edib. Geri dön |