Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Baş Prokurorluq Binəqədi rayonunda baş verən intihar hadisəsi ilə bağlı məlumat yayıb
Ana Sayfa > Karusel / Gündəm > Baş Prokurorluq Binəqədi rayonunda baş verən intihar hadisəsi ilə bağlı məlumat yayıb

Baş Prokurorluq Binəqədi rayonunda baş verən intihar hadisəsi ilə bağlı məlumat yayıb


17-05-2021, 15:22. Yazar: Admin

 

Mayın 17-də saat 07 radələrində paytaxtın Binəqədi rayon sakini, 1981-ci il təvəllüdlü Mahir Sultanovun yaşadığı mənzildə turnikə bərkidilmiş kəndirlə özünü asaraq öldürməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Qarabaginfo.az-a bildiriblər ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Araşdırma üzrə məhkəmə tibb ekspertizası təyin olunub, digər zəruri prosessual hərəkətlər həyata keçirilib.

Hazırda Binəqədi Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.


Geri dön