Ana Sayfa > Karusel / Sosial > Sabahdan hava dəyişəcək: yağış, dolu... - XƏBƏRDARLIQ

Sabahdan hava dəyişəcək: yağış, dolu... - XƏBƏRDARLIQ


17-05-2021, 13:35. Yazar: Admin

Bakıda və Abşeron yarımadasında mayın 18-də gündüz şimal-qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, Azərbaycanın şimal və qərb rayonlarında mayın 18-i gündüz əsasən şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir.

 

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.


Geri dön