Ana Sayfa > Karusel / Region > "Bütün bunların baş verməməsi üçün ölkə olmalı idi, hələliksə ermənilərin dövləti yoxdur"

"Bütün bunların baş verməməsi üçün ölkə olmalı idi, hələliksə ermənilərin dövləti yoxdur"


17-05-2021, 07:52. Yazar: Admin
"Son 23 ildə hakimiyyətin avantürist və məsuliyyətsiz siyasəti sayəsində ermənilər özləri məğlubiyyətə düçar oldular". 
Bunu Ermənistanın sabiq prezidenti "Qraparak" nəşrinin jurnalistinin sualına cavabında bildirib. 
“Məğlubiyyətin təməli 1998-ci ildə mövcud status-kvonun qorunub saxlanılması ehtimalı və bir qarış torpaqdan əl çəkməmək prinsipi barədə yalan inamla qoyuldu. Məğlubiyyətin sonunu Nikol Paşinyan "Qarabağ Ermənistandır və nöqtə" təxribat xarakterli bəyanatı ilə elan etdi. Və bu, Ermənistanın, Qarabağın sonu idi. Bu gün hər kəs Sünikdən danışır. Bizdə belə halların baş verməməsi üçün ölkə olmalı idi. Hələliksə ermənilərin dövləti yoxdur" - deyə, Ter-Petrosyan bildirib.

Geri dön