Ana Sayfa > Karusel / Qarabağ > Azərbaycan əsgərləri Zəngəzurda post qurdu - RAZILAŞMA
Azərbaycan əsgərləri Zəngəzurda post qurdu - RAZILAŞMA17-05-2021, 07:19. Yazar: Admin |
"Sünikdə (Zəngəzur) ortaq postların yaradılması ilə bağlı bir razılığın əldə edildiyi, başqa sözlə türklərin istədiklərinə nail olduqları barədə məlumatlar var".
Qarabaginfo.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan özünün feysbuk səhifəsində yazıb.
“Sünikdəki problemin həll olunduğu barədə mediaya məlumat verildi. Ancaq ortaq bir post yaratmağa razı olduqları barədə məlumatımız var. Yəni türklər istədiklərinə nail oldular. Bizim ərazimizdə onların postları olacaq. Demarkasiya aparılana qədər. Toyuq beyinli insanlar da yaxın illərdə Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası olmayacağını başa düşürlər. Bu proseslər yalnız Süniki tamamilə "yeyəndə" başlayacaq. İndi onlar bir razılaşma nəticəsində ərazilərimizdədirlər. Təslim olanlar yenidən torpağı təslim etdilər” - deyə Baqratyan bildirib.
O, Ermənistan prezidentini birbaşa vəzifələri ilə deyil, ailəsinin şəxsi biznesi ilə məşğul olmaqda da qınayaraq sərt tənqid edib. Baqratyan Zəngəzurdakı vəziyyətin həllini elan etməyə tələsən bəzi müxalifətçiləri də qınayıb. “Atlanana qədər "hop" deməyin” - deyə keçmiş baş nazir yazıb. Geri dön |