Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçiləri tezliklə Azərbaycana faktaraşdırıcı səfər etməyi planlaşdırırlar.
"Qarabaginfo"un "Trend.az"a istinadən məlumatına görə, bu barədə AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak özünün "Twitter" səhifəsində yazıb.
S.Şennak qeyd edib: “Novruz yaxınlaşır, həmçinin seçkilər və Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubiley tarixi yaxınlaşır. Biz çoxlu sayda məhbusun azad ediləcəyinə ümid edirik”.