Ana Sayfa > Karusel / Gündəm > Qarabağın turizm potensialı ilə bağlı beynəlxalq səviyyədə məlumatlandırma başlayıb

Qarabağın turizm potensialı ilə bağlı beynəlxalq səviyyədə məlumatlandırma başlayıb


16-05-2021, 12:47. Yazar: Admin

 

Qarabağın turizm potensialı ilə bağlı beynəlxalq səviyyədə məlumatlandırma başlayıb

Bu gün Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Arabian Tourism Market” – beynəlxalq turizm sərgisində iştirak edir.

Bu barədə Qarabaginfo.az-a Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə məlumat verib.

Onun sözlərinə görə, bu, ölkəmizin koronavirus (COVID-19) pandemiyası başlayandan bəri beynəlxalq turizm sərgilərində ilk canlı iştirakıdır: “İndiyə qədər biz sərgilərdə yalnız onlayn təmsil olunurduq, bu dəfə isə canlı iştirak edirik. Azərbaycan stendində Qarabağın, o cümlədən Şuşa şəhərinin turizm potensialı ilə bağlı ilk dəfə məlumat var. Ona sərgi iştirakçılarının böyük maraq göstərir".


Geri dön