Bir gün ərzində Humanitar Minalardan Təmizləmə Mərkəzinin mühəndis qrupları Qarabağda 12 binaya baxış keçirib, 6 hektar ərazini, 1 km yolu təmizləyib, 2 partlayıcı maddə aşkar olunub.
Qarabaginfo.az Qazet.az-a istinadən xəbər verir ki, məlumatı Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
"23 noyabr 2020-ci ildən bəri ümumilikdə 2121 hektar ərazi, 657,3 km yol, 1844 bina (30 sosial əhəmiyyətli obyekt daxil olmaqla) partlamamış hərbi sursatlardan təmizlənib və 25,613 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib", - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, atəşkəs rejimi bütün təmas xətti boyunca qorunur.