Ana Sayfa > Karusel / Region > Ermənilər arasında atışma olub, xəsarət alan var

Ermənilər arasında atışma olub, xəsarət alan var


15-05-2021, 09:13. Yazar: Admin

 

Ermənilər arasında atışma olub, xəsarət alan var

Ermənistanın paytaxtı Yerevanda atışma olub.

Qarabaginfo.az xəbər verir ki, hadisə zamanı 23 yaşlı gənc oğlan boyun nahiyəsindən güllə xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Ermənistanın Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi açılıb. Qeyd edilir ki, hadisə yerində güllə və gilizlər aşkar edilib. Hadisə ilə bağlı şahidlər dindirilir, ekspertiza müəyyən edilib.

İnsidentin başvermə şəraitinin müəyyənləşdirilməsi və cinayətkarın şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbir görülür. (Report)


Geri dön