Ana Sayfa > Karusel / Yazar > "İsrailin II Qarabağ Savaşında ölkəmizə verdiyi dəstək bütün ərəb dünyasının dəstəyindən böyükdür

"İsrailin II Qarabağ Savaşında ölkəmizə verdiyi dəstək bütün ərəb dünyasının dəstəyindən böyükdür


14-05-2021, 19:21. Yazar: Admin

Həqiqət nə üçün İsrailin tərəfindədir?
 
İsraillə Fələstin arasında gərginliyin artaraq fəal hərbi əməliyyatlara çevrilməsi dünyanın siyasi gündəminin əsas müzakirə mövzusudur. Bu münaqişə ilə bağlı bütün dünyada olduğu kimi ölkəmizdə də fərqli fikir və mövqelər mövcuddur. Ümumiyyətlə istənilən məsələ ilə bağlı olduğu kimi İsrail-Fələstin qarşıdurmasında bütün cəmiyyətin eyni mövqedə olmasını gözləmək doğru deyil. Bu mümkün də deyil. Ancaq bəzi həqiqətlər var ki, bu bütün mövqe və fikirlərin önündə dayanır. 
 
Bu həqiqətlərin birincisi ondan ibarətdir ki, dövlətin dini və etnik mənsubiyyəti olmur. Dövlətin maraq və mənafeləri olur. İkinci Qarabağ Müharibəsi zamanı əhalisinin böyük əksəriyəti bizimlə eyni dinə və hətta eyni məzhəbə mənsub olan İranın Ermənistanı dəstəklədiyi halda, bəzi xristian ölkələrinin Ermənistanı deyil, bizi dəstəkləməsi “Dövlətin dini olmur” tezisinin aksioma olduğun göstərdi.  
 
İkinci Qarabağ Müharibəsində Azərbaycanın haqq davasın birmənalı dəstəkləyən İsrailin böyük dövlət və siyasət adamlarından biri Aviqdor Liberman Qarabağda hərbi əməliyatlar başlayan zaman dərhal bir açıqlama yayımlayaraq təmsil etdiyi ulusun və dövlətin maraqlarını çox maraqlı bir şəkilədə belə ifadə etmişdi: “Beynəlxalq hüquq, tarixi faktlar və ən əsası İsrail dövlətinin maraqları baxımından həqiqət Azərbaycanın tərəfindədir”. Necə gözəl ifadə edib. Böyük dövlət və siyasət adamı Aviqdor Libermanın bu açıqlaması da bir daha təsdiqləyir ki, “Dövlətin dini olmur, maraqları olur”. 
 
İkinci Qarabağ Müharibəsinin sonunda torpaqlarımızın işğaldan azad olunmasında İsrail dövlətinin və yəhudi xalqının böyük xidməti vardır. İsrailin və yəhudi dövlətinin İkinci Qarabağ Müharibəsində ölkəmizə verdiyi dəstək bütün ərəb dünyasının dəstəyindən müqayisə edilməyəcək dərəcədə böyükdür. Belə bir vəziyyətdə İsraillə Fələstin arasında münaqişədə Azərbaycanın kimin tərəfində durması aydın deyilmi?
Mənim qənaətimcə tarixi faktlar və ən əsası Azərbaycan dövlətinin, xalqının maraqları baxımından həqiqət İsrailin tərəfindədir.
 
Xəqani Cəfərli, politoloq

Geri dön