Ana Sayfa > Karusel / Siyasət > Zahid Oruc: “Belə bir mövqe vardı ki, prezident seçkilərinin vaxtı dəyişdirilsin”

Zahid Oruc: “Belə bir mövqe vardı ki, prezident seçkilərinin vaxtı dəyişdirilsin”


5-02-2018, 12:18. Yazar: Admin

Prezident İlham Əliyev Azərbaycan Respublikasında növbədənkənar prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla növbədənkənar prezident seçkilərinin tarixi 2018-ci il aprelin 11-nə təyin olunub.

 

"Qarabaginfo" xəbər verir ki, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya ilə müabrizə komitəsininü üzvü Zahid Oruc Modern.az-a açıqlamasında ölkə başçısı tərəfindən verilən qərarı yüksək qiymətləndirib:


“Sərəncam mühüm hüquqi əsaslara söykənir. Eləcə də burada vurğulanmalı olan siyasi arqumetlər də yetərincədir. Məlumdur ki, Azərbaycanda prezident, parlament, bələdiyyə və digər hakimiyyət institutları və yaxud da digər təsisatların formalaşmasında bir zaman ardıcıllığı mövcuddur. Belə ki, son referendumda irəliyə sürülmüş təkliflərə xalq tərəfindən dəstək verilməsi və prezidentlik müddətinin 7 il müəyyənləşdirilməsi fonunda 2025-ci ildə belə bir üst-üstə düşmə vəziyyəti yaranırdı. Məhz bu səbəbləri nəzərdə tutaraq belə bir mövqe irəli sürülmüşdü ki, prezident seçkilərinin vaxtı dəyişdirilsin. Bu, bir tərəfdən hər bir iddiaçıya bərabər şərait yaratmağa qətiyyən mane olmur, o biri yandan Konstitusiyaya əsaslanaraq dövlət başçısı belə bir addım ata bilər, 3-cü halda seçkinin nəticələri insanların müraciəti ilə müəyyənləşir”.

 

Deputatın sözlərinə görə, ölkə rəhbəri tərəfindən belə bir qərarın verilməsi Azərbaycanda seçkilərin sabit bir şəraitdə keçirilməsini təmin edəcək:

“Hazırki dövrdə hər bir partiya, təşkilat, hərəkat öz-özlüyündə seçkilərə hazırlığını ortaya qoymalıdır. Ölkə başçısının belə bir qərarı həm də artıq namizədliklə bağlı məsələlərin bəyan edilməsi onu sübut edir ki, prezident ölkədə həyata keçirdiyi böyük, son dərəcə geniş miqyaslı milli mənafelərə dayanan yeni kursunda yenilikləri davam etdirməkdədir. Onsuz da prezident seçki proseslərinə hökumətin yenilənmiş tərkibi ilə gedi. Elə hesab edirəm ki, indi də verilmiş sərəncam hüquqi prosedurlara və Azərbyacanın siyasi maraqlarına da tamamilə uyğundur”. 


Geri dön