Ana Sayfa > Karusel / Gündəm > Rüstəm Muradov Rusiyaya qayıdır- Sülhməramlılara yeni rəhbər təyin olundu

Rüstəm Muradov Rusiyaya qayıdır- Sülhməramlılara yeni rəhbər təyin olundu


13-05-2021, 10:50. Yazar: Admin

Rusiyanın Qarabağda yerləşən sülhməramlı kontingentinə yeni komandan təyin olunub.

Qarabaginfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, general-leytenant Rüstəm Muradov yaxın günlərdə bölgəni tərk edəcək. Onun yerinə Rusiyanın Cənub Hərbi Dairəsinin komandan müavini, general-leytenant Aleskey Avdeevin təyin olunması gözlənilir.

 

Sülhməramlıların yeni rəhbəri bu gün Xankəndiyə gələcək.

Rüstəm Muradovun Ermənistan tərəfinin təkidi ilə əvəzləndiyi bildirilir. Belə ki, Muradov Ermənistan hakimiyyətinin diversatların qaytarılması ilə bağlı yalan məlumatına cavab olaraq “Ermənistan hakimiyyəti öz xalqını aldadır”- deyə açıqlama vermişdi.


Geri dön