Ana Sayfa > Karusel / Dünya > İsrail, yoxsa Fələstin: hansı mövqedə olmalıyıq?..
İsrail, yoxsa Fələstin: hansı mövqedə olmalıyıq?..12-05-2021, 13:11. Yazar: Admin |
Son günlərdə artan İsrail-Fələstin gərginliyi Azərbaycan cəmiyyətinə də təsirsiz ötüşməyib. Belə ki, sosial şəbəkələrin Azərbaycan seqmentində insanlar iki yerə bölünüb: bir qrup İsraili, digər qrup isə Fələstini müdafiə edir.
“Bizim əsas meyarımız dövlətimizin maraqları olmalıdır. Bildiyimiz kimi, Azərbaycan dövlətinin İsraillə münasibətləri çox yaxşıdır. Onu da qeyd etmək lazımdır ki, bu hadisələr xoşagəlməzdir. Körpə uşaqlar həlak olur. Mən hesab edirəm ki, belə bir mərhələdə bizim ən yaxşı mövqeyimiz kimisə müdafiə etmədən hər iki tərəfi sülhə çağırmaqdır. Sosial şəbəkələrdə insanlar kimisə müdafiə etməkdənsə, daha çox insanın həlak olmaması üçün sülhü dəstəkləməlidir”. İndi yenidən qızışan qarşıdurmada Azərbaycanın mümkün qədər neytral olması vacibdir, hətta Türkiyənin sərt mövqeyinə rəğmən. Əksinə, Bakı İsrail və Türkiyə münasibətlərində körpü ola bilər. Ankara-Təl-Əviv münasibətləri nə qədər yaxşı olarsa, bu, fələstinlilər üçün də normal perspektivlər yarada bilər. Lakin dövlətin maraqlarına uyğun siyasi xətt tutması o demək deyil ki, insanlarımız zülmü alqışlamalıdır. Əslində normal olmayan məsələni bu qədər yaxına buraxmağımız, bu qədər həssaslaşdırmağımızdır”.
Qüds məsələsində Azərbaycan Fələstini dəstəkləyir, İsraili yox. Burada problem Azərbaycan insanının bütün məsələlərdə olduğu kimi, yenə də "Roma Papasından çox katoliklik" etməsidir, fələstinlidən çox fələstinli, yəhudidən çox yəhudi oluruq. Problemimiz budur”. Siyasət yazarı, jurnalist Aqşin Kərimov bildirib ki, Fələstin-İsrail münaqişəsi barədə tək-tük insan obyektiv dəyərləndirmə aparır:
Geri dön |