Ana Sayfa > Karusel / Gündəm > İsrail ehtiyatda olan 5 min hərbçini orduya çağırır
İsrail ehtiyatda olan 5 min hərbçini orduya çağırır11-05-2021, 16:06. Yazar: Admin |
İsrail Müdafiə Qüvvələri Qəzza zolağı ətrafında vəziyyətin gərginləşməsi səbəbindən ehtiyatda olan 5000 hərbçini xidmətə çağıracaq. Qarabaginfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, Qəzzaya hücum zamanı 9-u uşaq olmaqla 20 fələstinli həlak olub, yaralı sayı 100-ə çatır. İsrail ordusu Qəzza sektorundan İsrail ərazisinə raketlər atıldığını bildirib və buna cavab olaraq “HƏMAS” hərəkatının obyektlərinə aviazərbələr endirildiyini açıqlayıb. Artıq 250-dən çox raketin HHM sistemləri tərəfindən zərərsizləşdirildiyi deyilir.
Geri dön |