Ana Sayfa > Karusel / Qarabağ > Jurnalistlər Qubadlı Əlahiddə Sərhəd Diviziyasının Mühəndis İstehkam Mərkəzində olublar

Jurnalistlər Qubadlı Əlahiddə Sərhəd Diviziyasının Mühəndis İstehkam Mərkəzində olublar


11-05-2021, 13:13. Yazar: Admin

 

#

 

Dövlət Sərhəd Xidmətinin (DSX) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi media-tur çərçivəsində jurnalistlər DSX Sərhəd Qoşunlarının Qubadlı Əlahiddə Sərhəd Diviziyasının Mühəndis İstehkam Mərkəzində olublar.

Qarabaginfo.az xəbər verir ki, jurnalistlərə bildirilib ki, Mərkəz bu ilin yanvarında istifadəyə verilib.

Sərhədçilər burada sərhədlərin mühafizəsi üçün xidmətə başlayıblar. Xidmət üçün hər cür şərait yaradılıb.

Aparılan xidmət barədə jurnalistlər məlumatlandırılıb, Mühəndis İstehkam Mərkəzində tank və piyada əleyhinə minaların axtarılması, tapılması və zərərsizləşdirilməsi ilə bağlı təlim məşq prosesi keçirilib, şərti minatəmizləmə əməliyyatı nümayiş etdirilib. (APA)


Geri dön