Ana Sayfa > Karusel / Gündəm > "Nəqliyyat qovşağı Yerevan ilə Bakı arasındakı münasibətləri yaxşılaşdırır" - Lavrov

"Nəqliyyat qovşağı Yerevan ilə Bakı arasındakı münasibətləri yaxşılaşdırır" - Lavrov


11-05-2021, 10:06. Yazar: Admin
title

“Cənubi Qafqazda nəqliyyat qovşağının yaradılması Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşdırılmasına kömək edəcək”.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə deyib.

“Biz səmimi qəlbdən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlıyıq. İnanırıq ki, uzanan münaqişənin aradan qaldırılmasının iqtisadi tərəfinə diqqət yetirmək üçün birgə əməkdaşlıq bunun üçün optimal şərait yaradır", - Lavrov bildirib.

Rusiyalı nazirinin sözlərinə görə, insanlar həqiqi inkişafın baş verdiyini hiss etməlidirlər.


Geri dön