Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda daha 892 nəfər COVID-19-dan sağalıb, 371 nəfər yoluxub
Azərbaycanda daha 892 nəfər COVID-19-dan sağalıb, 371 nəfər yoluxub10-05-2021, 16:49. Yazar: Admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 892 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 327 087 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 307 011 nəfər müalicə olunaraq sağalıb, 4 698 nəfər vəfat edib, aktiv xəstə sayı 15 378 nəfərdir.Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 946, ötən müddət ərzində isə ümumilikdə 3 337 931 test aparılıb.Geri dön |