Ana Sayfa > Karusel / Gündəm > Abşeronda piyadanı öldürən sürücü tutuldu

Abşeronda piyadanı öldürən sürücü tutuldu


10-05-2021, 16:09. Yazar: Admin

Abşeronda piyadanı öldürən sürücü tutuldu

Mayın 7-də saat 22 radələrində Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Səadət Xəlilova vurulmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Chevrolet” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini E.İsazadə saxlanılıb.


Geri dön