Ana Sayfa > Karusel / Gündəm > Azərbaycandan külli miqdarda valyuta çıxarmağa cəhd edən Gürcüstan vətəndaşı saxlanılıb - FOTO

Azərbaycandan külli miqdarda valyuta çıxarmağa cəhd edən Gürcüstan vətəndaşı saxlanılıb - FOTO


8-05-2021, 10:29. Yazar: Admin

 

#

 

“Sınıq Körpü” gömrük-keçid məntəqəsində Azərbaycandan Gürcüstana külli miqdarda valyuta keçirməyə cəhd edən Gürcüstan vətəndaşı saxlanılıb.

Qarabaginfo.az-ın bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Bildirilib ki, Azərbaycandan Gürcüstana daxil olarkən 1988-ci il təvəllüdlü Gürcüstan vətəndaşının idarə etdiyi yük maşınına baxış keçirilərkən gömrük bəyannaməsində elan edilməmiş külli miqdarda xarici valyuta aşkarlanıb.

Qeyd olunub ki, saxlanılan şəxs həmin vəsaiti qaçaq yolla Gürcüstan ərazisinə daxil etməyəcəhd göstərib.APA


Geri dön