Ana Sayfa > Karusel / Gündəm / Səhiyyə > Azərbaycanda daha 1854 nəfər COVID-19-dan sağalıb, 722 nəfər yoluxub

Azərbaycanda daha 1854 nəfər COVID-19-dan sağalıb, 722 nəfər yoluxub


7-05-2021, 16:44. Yazar: Admin

 

#

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 722yeni yoluxma faktı qeydə alınıb, 1854nəfər müalicə olunaraq sağalıb.
 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaqinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 325 407nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 302 860nəfər müalicə olunaraq sağalıb, 4 650nəfər vəfat edib, aktiv xəstə sayı 17 897nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 686,ötən müddət ərzində isə ümumilikdə 3 311 267test aparılıb.


Geri dön