Ana Sayfa > Karusel / Gündəm > BŞİH mayın 8-i və 16-da bağçaların fəaliyyət göstərib-göstərməyəcəyinə aydınlıq gətirib

BŞİH mayın 8-i və 16-da bağçaların fəaliyyət göstərib-göstərməyəcəyinə aydınlıq gətirib


7-05-2021, 14:23. Yazar: Admin

 

#

 

Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Bağçalar İdarəsi mayın 8-i və 16-da bağçaların fəaliyyət göstərib-göstərməyəcəyi məsələsinə aydınlıq gətirib.

Qurumdan Qarabaqinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, mayın 8-i (şənbə günü) və 16-sı (bazar günü) Nazirlər Kabinetinin qərarı ilə iş günü sayıldığı üçün bağçalar da fəaliyyət göstərəcək.

Nazirlər Kabinetinin 19.04.2021-ci il tarixli, 99 nömrəli qərarına uyğun olaraq 8 may 11 may iş gününün, 16 may isə 12 may iş günün yerinə BŞİH tabeliyində olan bağçalar fəaliyyət göstərəcək


Geri dön