Ana Sayfa > Karusel / Gündəm / Region > Gürcüstanda peyvənd olunan 300-dən çox şəxs COVID-19-a yoluxub
Gürcüstanda peyvənd olunan 300-dən çox şəxs COVID-19-a yoluxub7-05-2021, 13:33. Yazar: Admin |
Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvənd vurulmuş 300-dən çox şəxsdə xəstəliyə yoluxma təsdiqlənib. Qarabaqinfo.az-ın xəbərinə görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Amkrelidze bildirib.
Onun sözlərinə görə, COVID-19-a yoluxanların əksəriyyəti xəstəliyi yüngül formada, bir çox hallarda isə asimptomatik keçirib. Qeyd edək ki, Gürcüstanda martın 15-də başlayan vaksinasiya çərçivəsində “Pfizer”, “AstraZeneca” və “Sinopharm” vaksinləri tətbiq edilir. Geri dön |