Ana Sayfa > Karusel / Siyasət > Lavrov Bakıda Şəhidlər Xiyabanını ziyarət etməlidir
Lavrov Bakıda Şəhidlər Xiyabanını ziyarət etməlidir6-05-2021, 16:43. Yazar: Admin |
“Rusiyanın xarici işlər Sergey Lavrov İrəvanda erməni həmkarıyla birgə keçirdiyi mətbuat konfransında belə bir cümlə işlədib: “Minalardan təmizləmə, dini və mədəni irsin qorunması istiqamətindəki səylərimiz azalmır”. Görünür, Lavrov “minalardan təmizləmə” dedikdə ancaq rusiyalı hərbçilərin Qarabağda öz ətraflarını təmizləməsini nəzərdə tutub. Halbuki, ermənilər harda gəldi minalar basdırıblar”.
Rusiyalı nazir həmçinin etimad ab-havasının yaradılması üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin bundan sonra da fəaliyyətinin zəruri olduğunu söyləyib. Azərbaycanın bu “zərurətə” də ehtiyacı yoxdur”.
Beləliklə, Lavrovun İrəvanda dedikləri erməniləri rahatlatmaq məqsədi daşıyıb. Görək Lavrov Bakıda nə deyəcək? Ona minalanmış ərazilərin xəritəsindən tutmuş “İsgəndər” raketlərinə qədər suallar vermək lazımdır. Bir də necə ki, Lavrov İrəvanda “soyqırım abidəsini” ziyarət edib, Bakıda da Şəhidlər Xiyabanını ziyarət etməlidir". Geri dön |