Ana Sayfa > Karusel / Gündəm / Siyasət > Türkiyə XİN: Latviya parlamentinin “erməni soyqırımı”nı tanımasını rədd edirik

Türkiyə XİN: Latviya parlamentinin “erməni soyqırımı”nı tanımasını rədd edirik


6-05-2021, 14:11. Yazar: Admin

#

 

Latviya parlamenti tərəfindən 1915-ci il hadisələrinin “soyqırımı” kimi tanınması qərarı tarixin siyasi motivlərlə yenidən yazılması cəhdidir, qanunsuzdur və hüquqi əsası olmayan təşəbbüsdür. Bu uğursuz və qanunsuz qərarı rədd edirik və şiddətlə qınayırıq.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirib.

Bəyanatda qeyd olunub ki, parlamentlər tarix yazmaq və onu mühakimə etmək üçün deyil: “1915-ci il hadisələri ilə əlaqədar beynəlxalq hüquqa görə müəyyən edilmiş “soyqırımı” ifadəsinin Latviya parlamentində işlədilməsi üçün beynəlxalq hüquqda tələb olunan şərtlərin heç biri mövcud deyil. Bu cəhd 1948-ci ildə “Soyqırımın qarşısının alınması və Cəzalandırma Konvensiyası”nin tələbləri başda olmaqla Avropa İnsan Haqları Məhkəməsinin 2013-cü il və 2015-ci ildə qəbul olunan 1915-ci il hadisələrinin mübahisəli mahiyyətini açıq şəkildə ifadə edən qərarlarına da ziddir. Latviya parlamentini tarixdən düşmənçilik yaratmağa çalışan bəzi dairələrin gündəminə xidmət etmək əvəzinə, bu səhv addımdan geri dönməyə çağırırıq”.


Geri dön