Ana Sayfa > Karusel / İqtisadiyyat > “Sberbank Investment Research”: Bu il Azərbaycanda iqtisadi artım 2% təşkil edəcək

“Sberbank Investment Research”: Bu il Azərbaycanda iqtisadi artım 2% təşkil edəcək


2-02-2018, 15:53. Yazar: Admin

 

sberbank investment research bu il azerbaycanda iqtisadi artim 2 teskil edecek

“Sberbank Investment Research” şirkətinin analitikləri 2018-ci ildə Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) 2% artacağını proqnozlaşdırır.

 

"Qarabaginfo" “Apa-Economics” istinadən xəbər verir ki, şirkətin analitikləri “Azərbaycan: Bakıya qayıdış” icmalında qeyd ediblər ki, neft hasilatının azalması fonunda artım dövlət xərclərinin artırılmasına hesabına təmin olunur: “2016-cı ildə 3,1% azalmadan sonra 2017-ci ildə Azərbaycanda iqtisadiyyatın artımı 0,1% təşkil edib. 2018-ci ildə neftin artan qiymətləri mühüm dərəcədə dayaq olacaq. Onların sayəsində biz büdcə xərclərinin artmasını gözləyirik, bu da iqtisadiyyatın iqtisadi artımını stimullaşdıracağıq. Cari ildə Azərbaycanda ÜDM-in 2% səviyyəsində artımını proqnozlaşdırırıq”,

 

Şirkətin qiymətləndirmələrinə əsasən, yeni layihələr və AÇG blokunun işlənməsinə dair müqavilənin uzadılması Azərbaycanda neft hasilatının azalmasını ləngitməyə yardım edə bilər. “Ölkədə neft hasilatının təqribən 75%-ni təmin edən AÇG blokunun yataqlarından artıq neçə ildir hasilatın azalması müşahidə edilir. 2017-ci ildə Azərbaycanda hasilatın ümumi həcmi 5,7% azalıb. Buna baxmayaraq, “Azəri”, “Çıraq” və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi üçün BP və xarici tərəfdaşlarla imzalanan Hasilatın Pay Bölgüsü Sazişinin uzadılması gələcəkdə yeni layihələrlə əlaqələndirilməklə hasilatın sabitləşməsinə imkan yaratmalıdır. Lakin bu layihələrdən ilk vacib töhfə yalnız 2020-ci ildə əldə olunacaq”, - deyə analitiklər qeyd edirlər.

 

Şirkətin məlumatına əsasən, Azərbaycanda 2017-ci ildə büdcə kəsiri ÜDM-in 1,5%-ni təşkil edib (2016-cı ildə profisitə qarşı 0,3% olub). “Bu, bank sektorunun kapitallaşmasının artırılmasına əlavə xərclərlə əlaqədardır (ÜDM-in 5,6% səviyyəsində). Bu il kapitallaşmanın artırılması üçün iri xərclər gözləmirik, hökumət dövlət kapital qoyuluşlarını 52% artırmağı planlaşdırır, beləliklə ümumi xərclər artacaq. Bununla belə, neftin qiymətinin artımı büdcəni dəstəkləyəcək, bu il də onun profisiti ÜDM-in 3%-nə çata bilər”, - icmalda bildirilir.

 

Analitiklərin qiymətləndirmələrinə görə, 2018-ci ildə Azərbaycanda orta illik inflyasiya 2017-ci ildə 12,9%-dən 9%-dək azalacaq, tədiyyə balansının profisiti 2017-ci ildə ÜDM-in 1,8%-dən ÜDM-in 3,5%-dək artacaq.

 

Qeyd edək ki, Azərbaycan hökuməti 2018-ci ildə ÜDM-in artımını 1,5%, orta illik inflyasiyanı 6,1% səviyyəsində proqnozlaşdırır. Cari il Dünya Bankı Azərbaycanda ÜDM artımını 0,9%, Standard&Poor`s agentliyi - 2,7% səviyyəsində proqnozlaşdırır.


Geri dön