Ana Sayfa > Karusel / Qarabağ > Rüstəm Muradov Qarabağdan geri ÇAĞIRILA BİLƏR

Rüstəm Muradov Qarabağdan geri ÇAĞIRILA BİLƏR


5-05-2021, 10:44. Yazar: Admin

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov geri çağırıla bilər.

 

Qarabaginfo.az Modern.az-a istinadən xəbər verir ki, onun yerinə başqa generalın təyinat alması ehtimalı var.

 

“Razılaşmaya əsasən, Rusiya tərəfi 6 aylıq müddət bitdikdən sonra sülhməramlı kontingentin komandirini dəyişə bilər”-deyə qəzet yazır.

Hərbi ekspert Vladimir Yevseyev isə komandirin rotasiyasının mütləq şərt olmadığını və Muradovun xidmətini davam etdirə biləcəyini qeyd edib.

 

Rusiya KİV-i isə Rüstəm Muradovun yerinə başqa hərbçilərin də namizəd olduğunu iddia edir. Rüstəm Muradovun namizədliyini Rusiya Baş Qərargahı uzunmüddətli araşdırmalardan sonra müdafiəı naziri Sergey Şoyquya təqdim edib.


Geri dön