Ana Sayfa > Karusel / Qarabağ > Laçın dəhlizindən ermənilərin keçidinə nəzarəti gücləndirdi?..

Laçın dəhlizindən ermənilərin keçidinə nəzarəti gücləndirdi?..


5-05-2021, 10:42. Yazar: Admin
Rusiya hərbçiləri Laçın dəhlizindən ermənilərin keçidinə nəzarəti gücləndirdi?..
Sülhməramlılar avtomobilləri dayandırır, insanları və yük yerlərini bir-bir yoxlayır...”
 
Rusiya sülhməramlıları İrəvan-Xankəndi yolunda nəzarəti gücləndiriblər.
 
Qarabaginfo.az xəbər verir ki, bu barədə qəsbkar ölkənin "İravunk" qəzeti yazır.
 
Məlumatda iddia edilir ki,  İrəvan-Xankəndi yolunda Rusiya sülhməramlılarının nəzarəti gücləndirməsi  guya Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidovun “Tvitter” hesabında iyun ayında Xankəndinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olacağını söyləməsindən sonra başlanıb...
 
“Sülhməramlılar avtomobilləri dayandırır, insanları və yük yerlərini bir-bir yoxlayır. Amma Şuşa yaxınlığındakı nəzarət-keçid məntəqəsində heç bir yoxlama yoxdur.
Qarabağ erməniləri əvvəllər bu  postda avtomobillərin yoxlanılmasının insidentlərlə müşayiət olunduğunu deyirlər. Azərbaycan hərbçilərinin müəyyən iradlar tutması və Rusiya sülhməramlılarının ailələri ilə birgə yola çıxmış erməni kişilərin buna reaksiya verməsinin qarşısını birtəhər alması  halları da olur”-  erməni qəzeti belə yazır. (Moderator.az)
 
Xatırladaq ki, İrəvan-Xankəndi yolunda əsas nəzarət-keçid məntəqəsi “Laçın dəhlizi” deyilən ərazimizin girişində Gorus-Laçın yolunun Azərbaycan-Ermənistan dövlət sərhədindən keçən hissəsində yerləşir.
 

Geri dön