“Azərbaycandakı Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidovun ”Twitter" hesabında Stepanakertin (Xankəndi -red.) iyun ayında tamamilə Azərbaycan silahlı qüvvələrinin nəzarəti altında olacağını bildirməsindən sonra Yerevan-Xankəndi yolunda Rusiya sülhməramlıları gücləndirilmiş iş rejiminə keçib".
Qarabaginfo.az Qazet.az-a istinadən xəbər verir ki, bu barədə “İravunk” qəzeti yazıb.
“Sülhməramlılar avtomobilləri saxlayaraq insanları və yük yerlərini bir-bir yoxlayırlar”, - məqalədə qeyd olunub.
Xatırladaq ki, Əhməd Şahidov mayın 2-də “Twitter” hesabında paylaşım edərək iyun ayında Xankəndinin tamamilə Azərbaycanın nəzarətinə keçəcəyini bildirib. Sözügedən paylaşım sosial şəbəkələrin erməni seqmentinin “ciddi narazılığına” səbəb olub.