Ana Sayfa > Karusel / Sosial > “Problemli kreditlər təhlükəli həddi keçib”
“Problemli kreditlər təhlükəli həddi keçib”1-02-2018, 13:27. Yazar: Admin |
"Problemli kreditlər məsələsi artıq təhlükəli həddi keçib” "Qarabaginfo" Mia.az"a istinadən xəbər verir ki, bu fikirləri deputat Əli Məsimli parlamentin bu gün keçirilən iclasında səsləndirib. O bildirib ki, artıq problemli kreditlərin həddi 2 milyardı keçib: "Bu da ümumi portfelin 15 faizidir. Bu artıq təhlükəli həddi keçmədir. Ona görə də parlament olaraq bu məsələyə ciddi yanaşmalı və problemli kreditlərin restrukturizasiyası ilə bağlı qanun qəbul olunmalıdır”.
Geri dön |