Ana Sayfa > Karusel / Siyasət > Şəhid Xudayar Yusifzadənin qohumlarından həbs olunan yoxdur - Nazirlik

Şəhid Xudayar Yusifzadənin qohumlarından həbs olunan yoxdur - Nazirlik


30-04-2021, 17:52. Yazar: Admin

Hazırda şəhid Xudayar Yusifzadə barədə sosial şəbəkələrdə status paylaşdığına görə Fuad Rəsulzadəni döyən şəxslər arasında həbs olunan yoxdur.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

 

DİN rəsmisi qeyd esib ki, artıq qanunun tələbinə uğun olaraq həmin fakt üzrə cinayət işi başlanılıb və istintaq aparılır:

 

"Tərəflər dindirilib, ifadələri alınıb, lakin hələlik həbs olunan yoxdur. İstintaq prosesində tərəflər barışmaq niyyətində olduqlarını da bildiriblər. Barışıq barədə rəsmi müraciət edərlərsə, prossesual qanunvericiliyə uyğun olaraq nəzərə alınacaq".


Geri dön