Ana Sayfa > Karusel / Siyasət > Türk Şurasının Baş katibi Qırğızıstan-Tacikistan sərhədindəki münaqişə ilə bağlı bəyanat yayıb
Türk Şurasının Baş katibi Qırğızıstan-Tacikistan sərhədindəki münaqişə ilə bağlı bəyanat yayıb30-04-2021, 17:33. Yazar: Admin |
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev Qırğızıstan-Tacikistan sərhədindəki münaqişə ilə əlaqədar bəyanat yayıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilib. Baş katib bildirib ki, Qırğızıstan-Tacikistan dövlət sərhədində hər iki tərəfdən insan tələfatına səbəb olan gərginlik dərin narahatlıq doğurub: “Həlak olanların ailələrinə başsağlığı verir və yaralıların tez bir zamanda sağalmasını diləyir, ölkələrin Xarici İşlər Nazirliklərinin danışıqlarından və tərəflər arasında atəşkəsin dərhal tətbiqindən məmnun olduğumuzu bildiririk. Türk Şurasının Baş katibi tərəfləri diqqətli olmağa və gərginliyin daha da artmasına səbəb ola biləcək hərəkətlərdən çəkinərək vəziyyəti sabitləşdirmək üçün ortaq tədbirlər görməyə çağırıb. “Xüsusilə Qırğızıstan tərəfinin barışın bərpasına verdiyi töhfəni qeyd edirik. Türk Şurası təşkilatın qurucu üzvü olan qardaş Qırğızıstanla mövzu ətrafında sıx təmas saxlamağa davam edəcək”, - deyə B. Amreyev vurğulayıb. APA
Geri dön |