Ana Sayfa > Karusel / Gündəm > Müdafiə Nazirliyində vahid kommunikasiya strategiyası ilə bağlı görüş keçirilib

Müdafiə Nazirliyində vahid kommunikasiya strategiyası ilə bağlı görüş keçirilib


30-04-2021, 15:20. Yazar: Admin
title

Aprelin 29-da Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində nazirliyin vahid kommunikasiya strategiyasının təkmilləşdirilməsinin müzakirəsi məqsədilə görüş keçirilib.

Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Müdafiə Nazirliyinin müxtəlif müəssisə və təşkilatlarından cəlb olunan zabit heyəti kommunikasiya strategiyasının təkmilləşdirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparıb.

Təcrübələrin toplanılması və öyrənilməsi, analiz metodları, qiymətləndirmə və digər mövzulara dair sindikatlar keçirilib.


Geri dön