Ana Sayfa > Karusel / Siyasət > Fransa prezidenti Qarabağa getməyi rədd etdi

Fransa prezidenti Qarabağa getməyi rədd etdi


1-02-2018, 13:05. Yazar: Admin

Ötən gün Fransadakı erməni təşkilatlarının illik şam yeməyinə qatılan Emmanuel Makron Dağlıq Qarabağa səfər etmək təklifini geri çevirib.

"Qarabaginfo" "Modern.az"a istinadən xəbər verir ki, bu barədə yerli erməni icmasının liderlərindən olan Murad Papazyan deyib.

 

“Mən onu situasiyanı öz gözləri ilə görməsi üçün Qarabağa dəvət etdim. Amma Makron cavabında “sizinlə Qarabağa gedə bilmərəm. Bu münaqişəsinin həllində Fransanın sülh yanaşmasına zərbə vuracaq. Amma münaqişə həll olunandan sonra sizinlə bu regiona məmnuniyyətlə səfər edərəm”-deyə cavab verib.

 


Geri dön