Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan XİN İsrailə başsağlığı verdi

Azərbaycan XİN İsrailə başsağlığı verdi


30-04-2021, 13:49. Yazar: Admin

 

Azərbaycan XİN İsrailə başsağlığı verdi

 

Azərbaycan Xarici İşlər Nazirliyi Safed şəhərinin yaxınlığındakı Meron dağı ərazisində Laq ba-Ömər bayramı zamanı baş vermiş faciə ilə əlaqədar İsrailə başsağlığı verib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in tvitter hesabında paylaşım edilib.

“Meron dağındakı kütləvi Laq ba-Ömər tədbirindəki faciəvi qəza ilə bağlı xəbər bizi çox kədərləndirdi. Bu dəhşətli hadisədə həlak olanların ailələrinə və İsrail hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısına şəfa diləyirik”,- deyə paylaşımda vurğulanıb.

Qeyd edək ki, Laq ba-Ömər bayramı zamanı tribunanın aşması nəticəsində azı 44 nəfər həyatını itirib, 100-dən çox insan xəsarət alıb.

 

 


Geri dön