Ana Sayfa > Karusel / Gündəm > Hüseyn Paşayev YAP-dakı vəzifəsindən çıxarıldı
Hüseyn Paşayev YAP-dakı vəzifəsindən çıxarıldı29-04-2021, 17:42. Yazar: Admin |
YAP-ın Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev vəzifəsindən azad edilib. Qarabaginfo.az-ın məlumatına görə, H. Paşayev uzun müddətdir ki, hakim partiyanın mətbuat xidməti kimi fəaliyyət götərib. O, bu vəzifəsini icra edərkən həm də partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edirdi. Bu günlərdə təsdiq edilən MSK-nın yeni tərkibində növbəti dəfə H. Paşayevin namizədliyi təsdiq edilib. Qeyd edək ki,YAP-ın bu il keçirilən son qurultayından sonra isə nizamnaməyə bir sıra dəyişikliklər edilib. Yeni nizamnamənin tələblərinə əsasən, Mərkəzi Aparatın işçiləri əsas iş yeri üzrə Mərkəzi Aparatda çalışmalıdırlar. H. Paşayev MSK-nın üzvü seçildiyindən digər vəzifəsindən azad edilib. Hələlik onun yerinə təyinat yoxdur. Geri dön |