Ana Sayfa > Karusel / Gündəm > BMT-dən Ermənistana çağırış - mina xəritələrini Azərbaycana verin
BMT-dən Ermənistana çağırış - mina xəritələrini Azərbaycana verin29-04-2021, 17:00. Yazar: Admin |
“Minalanmış ərazilərlə əlaqədar məlumatları paylaşmaq üçün tərəflər arasında vasitəçilik etmişik. Bununla bağlı işimiz hazırda da davam edir. Ermənistan tərəfinə də çağırışlar edilir” .
Qarabaginfo.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai “İkinci Qarabağ müharibəsi və minalar” adlı vebinarda deyib.
O bildirib ki, minalanmış ərazilərin xəritəsi çox vacib məlumat mənbəyidir: “Bununla da iş bitmir. Suyun, yağıntının təsiri ilə minaların yerdəyişməsi problemi də var”. Geri dön |