Ana Sayfa > Karusel / Gündəm > Ermənilər Fransa ordusunu Zəngəzura DƏVƏT ETDİ
Ermənilər Fransa ordusunu Zəngəzura DƏVƏT ETDİ29-04-2021, 15:49. Yazar: Admin |
Ermənistanda bir neçə siyasi qüvvəni sıralarında birləşdirən “Milli-Demokratik Qütb” hərəkatı Fransa prezidentinə məktub ünvanlayıb.
Qarabaginfo.az xəbər verir ki, məktubda Emmanuel Makrondan Fransa ordusunu Ermənistanın cənub sərhədlərinə - Zəngəzura yerləşdirməsi xahiş olunur. Hərəkat fəalları Fransa Senatının Qarabağdakı qondarma rejimi tanımaqla bağlı səsverəm keçirməsini, Fransanın daima Minsk qrupu çərçivəsində həmsədr kimi Ermənistana dəstək verməsi və s. fonunda bu addımı məqsədəuğyun hesab ediblər.
Xatırladaq ki, “Milli Demokratik Qütb” hərəkatı sıralarında “Sasna Tsrer” partiyası, Ermənistan Avropa Partiyası və sıra siyasi, ictimai xadimləri sıralarında birləşdirir. Geri dön |