Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan Ordusu Gülablı istiqamətində 4 kilometr irəlilədi

Azərbaycan Ordusu Gülablı istiqamətində 4 kilometr irəlilədi


29-04-2021, 13:40. Yazar: Admin



Azərbaycan Ordusunun Qarabağda irəliləməsi barədə yeni məlumat yayılıb.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə Ermənistan mətbuatı xəbər verir ki, Ordumuz Ağdamın Gülablı kəndi ilə Xocalının sülhməramlıların nəzarəti altında olan Harov kəndi arasındakı 4 kilometrlik neytral ərazini nəzarətə götürüb.

Ərazidəki yüksəklik Azərbaycan tərəfinə Harov kəndi ilə yanaşı, 7,5 kilometr uzaqlıqda yerləşən Xankəndi şəhərini də vizual nəzarətə almağa imkan verir.

Sosial şəbəkələrdə yeni mövqelərdən açılan mənzərə ilə bağlı görüntülər də yayılıb. (Modern.az)

 


Geri dön