Ana Sayfa > Karusel / Gündəm > Dövlət büdcəsindən siyasi partiyalara vəsait ayrılıb

Dövlət büdcəsindən siyasi partiyalara vəsait ayrılıb


29-04-2021, 12:34. Yazar: Admin

 Maliyyə Nazirliyi dövlət qurumlarında yoxlama apardı

2021-ci ilin II rübü üzrə 10 siyasi partiyaya vəsait ayrılıb. 

Bu barədə Qarabaginfo.az-a Maliyyə Nazirliyindən bildirilib. 

Məlumata görə, 2021-ci ilin II rübü üzrə - Yeni Azərbaycan Partiyasına, Vətəndaş Həmrəyliyi Partiyasına, Ana Vətən Partiyasına, Demokratik İslahatlar Partiyasına, Azərbaycan Demokratik Maarifçilik Partiyasına, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasına, Böyük Quruluş Partiyasına, Vəhdət Partiyasına, Respublikaçı Alternativ Partiyasına və Milli Cəbhə Partiyasına ümumilikdə 948,4 min manat məbləğində vəsait ödənilib. 

Vəsaitin ayrılması “Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə uyğun aparılır.


Geri dön