Ana Sayfa > Karusel / Gündəm > “Ermənistanda türk mallarının satışını qadağan edəcəyik - Vahan Kerobyan
“Ermənistanda türk mallarının satışını qadağan edəcəyik - Vahan Kerobyan29-04-2021, 11:56. Yazar: Admin |
“Ermənistana Türkiyədən əmtəə idxalına qadağa uzadılacaq”. Qarabaginfo.az “Interfax”a istinadla xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri əvəzi Vahan Kerobyan bildirib. “Ermənistan Türkiyədən ölkəyə mal idxalına qoyulan qadağanı uzadacaq və ölkədəki satışını qadağan edəcək”. Nazir əvəzi əlavə edib ki, qonşu ölkədən idxal dolayı yollarla həyata keçirilir. Kerobyan məhdudiyyətlərin dəqiq tarixini açıqlamayıb. Türkiyə mallarının idxalına qoyulan qadağa Ermənistanda 31 dekabr 2020-ci ildən bəri qüvvədədir. Ermənistan səlahiyyətliləri bunun təhlükəsizlik səbəbləri və "Türkiyə dövlət xəzinəsinin erməni mənbələrindən maliyyələşdirilməsinin dayandırılması" üçün qəbul edildiyini söyləyiblər. Geri dön |