Ana Sayfa > Karusel / Gündəm > Bakının Yeni Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Bakının Yeni Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq


29-04-2021, 10:31. Yazar: Admin
title

Bakının Suraxanı raypnunun Yeni Günəşli qəsəbəsinin Mərkəzi küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Abbas Fətullayev küçəsinin Mərkəzi küçəsi ilə kəsişməsindən avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Qarabaginfo.az bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bu səbəbdən 36, 50 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilərək məhdudiyyətə uyğun alternativ küçələrdən təşkil ediləcək.

A.Fətullayev küçəsinin öncədən təmir-tikinti işləri aparılan hissəsində işlər yekunlaşdığı üçün hərəkət bərpa edilib.


Geri dön