Ana Sayfa > Karusel / Gündəm > Şəhid Xudayarı təhqir edənin döyülməsilə bağlı DİN-dən AÇIQLAMA

Şəhid Xudayarı təhqir edənin döyülməsilə bağlı DİN-dən AÇIQLAMA


29-04-2021, 10:08. Yazar: Admin

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçisi Fuad Rəsulzadənin döyülməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad HAcıyev Qarabaginfo.az-a bildirilib ki, yayılan videogörüntülərdən xəbərdardırlar.

 

“Videogörüntülərdən məlumatlıylıq. Vətəndaşa fiziki təzyiq göstərməklə onu döyməkdə şübhəli şəxslərin müəyyən olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək”.

 

Qeyd edək ki, Tvitter-də “Əhməd” adlı hesabdan “Xudayar çoxdandı təzə mahnı buraxmır” deyə ironik paylaşım edilib. Sonradan sosial şəbəkə fəalı Fuad Rəsulzadə həmin sözləri özünün yazdığını açıqlayıb.

 
Şəhid Xudayar Yusifzadənin ələ salınmasına etiraz edən bir qrup gənc aprelin 28-də Fuad Rəsulzadəni axtarıb taparaq, onu döyüvlər.

Daha sonra sosial şəbəkələrdə F.Rəsulzadənin döyülməsini əks etdirən görüntülər yayılıb. 

Yaxınları hadisə ilə sosial şəbəkədə bildiriblər: "Fuad möhkəm döyülüb, başına 4 tikiş qoyulub. O, ilkin həkim müayinəsindən keçib, xoşbəxtlikdən daxili orqanlarında ciddi zədə yoxdur, amma özü hələ ki, danışa bilmir".

Fuad Rəsulzadənin yaxınlarının sğzlərinə görə, hücum edənlər bunu Xudayar Yusifzadə ilə bağlı statusla əlaqəli olduğunu bildiriblər.

Xatırladaq ki, Vətən müharibəsi şəhidi Xudayar Yusifzadə döyüşlər zamanı işğaldan azad edilmiş ərazidə oxuduğu "Vətən yaxşıdır" mahnısı ilə tanınmışdı.


Geri dön